Qadın güləşçimiz Avropa Çempionatında yarımfinala yüksəldi

Hazırda oxunan: Qadın güləşçimiz Avropa Çempionatında yarımfinala yüksəldi

67132

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. 

Bizim.Media xəbər verir ki, 59 kq çəkidə yer alan idmançı A qrupundakı ilk görüşündə Elif Yanikə (Türkiyə), ardınca Elene Heyke Bruggerə (Almaniya) qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqəni təmin edib. O, finala gedən yolda Yovita Vjesenlə (Polşa) qarşılaşacaq. 

50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova isə təsnifatda Şimonetta Şekeriyə (Macarıstan) qalib gəlsə də, 1/4 finalda Miqlena Selişkaya (Bolqarıstan) məğlub olub. 

Azərbaycanın digər qadın güləşçisi, 65 kq-da yarışan Elis Manolova martın 31-də çıxışlarına start verəcək. 

Bu gün, həmçinin sərbəst güləşçilərdən 86 kq-da yarışan Abubakr Abakarov qızıl, 74 kq-dakı Turan Bayramov və 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq.

Abakarov Maylz Nazem Amine (San Marino), Bayramov Kamil Rıbitski (Polşa) - Zurab Kaprayev (Rumıniya) cütünün qalibi, Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə görüşəcək. 
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. Avropa çempionatı aprelin 3-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin