Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı

Hazırda oxunan: Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı

67007

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində yarımfinala vəsiqə uğrunda almaniyalı Vinsent Kaymerlə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, hər iki qrossmeyster B qrupunu eyni - 3,5 xalla başa vurduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.

İlk qarşılaşmada ağ fiqurlarla oynayan Məmmədyarov rəqibini məğlub edib.

Qara fiqurlarla ikinci dueldən məğlub ayrılan 37 yaşlı şahmatçı növbəti iki oyunda qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Məmmədyarov bu raundda rəqibi ABŞ təmsilçisi Hikaru Nakamuranı sınağa çəkəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin