Daha bir güləşçimiz finala yüksəldi

Hazırda oxunan: Daha bir güləşçimiz finala yüksəldi

67002

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir. 

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bu gün Azərbaycanın daha 5 təmsilçisi mübarizəyə qoşulub.

İslam Bazarqanov (61 kq) ilk görüşdə almaniyalı Viktor Lizenə qalib gəlib - 4:0. Təmsilçimiz 1/4 finalda bolqarıstanlı Georgi Vangelova uduzub - 2:5.

Turan Bayramov (74 kq) 1/8 finalda bolqarıstanlı Ali Umarpaşayevə qalib gəlib - 4:3. Bayramov 1/4 finalda estoniyalı Aymar Andruseni tam üstünlüklə məğlub edib - 10:0. Turan yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova (Slovakiya) 2:8 hesabıyla məğlub olub.

Həmyerlimiz bürünc medal uğrunda Kamil Ribiçki (Polşa) - Zurab Kaprayev (Rumıniya) görüşünün qalibiylə güləşəcək. 

Abubakr Abakarov (86 kq) 1/8 finalda moldovalı Denis Balaura vaxtından əvvəl qalib gəlib - 12:1. Abakarov 1/4 finalda latviyalı İvars Samusonoksa da heç bir şans tanımayıb - 7:0. Abubakr yarımfinalda polşalı Sebastyan Yejierjanskini 4:2 hesabıyla məğlub edərək Avropa çempionatının finalına yüksələn 5-ci güləşçimiz olub. Abakarov həlledici görüşdə San Marino təmsilçisi Miles Nazim Aminlə mübarizə aparacaq.

Osman Nurmaqomedov (92 kq) 1/4 finalda polşalı Radoslav Marçinkieviçi tam üstünlüklə (10:0) məğlub edib. Yarımfinalda Bolqarıstan təmsilçisi Ahmed Batayevllə qarşılaşmada sonuncu xal prinsipinə əsasən (4:4) qələbəni əldən verən Osman bürünc medal uğrunda ispaniyalı Damian İqlesias Vilelayla güləşəcək.
Aydın Əhmədov (125 kq) debütdə alban Paris Karepidən güclü olub - 5:0. Həmyerlimiz 1/4 finalda polşalı Robert Barana məğlub olub - 0:11.

Qeyd edək ki, bu çəkilərdə medal görüşləri martın 30-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin