“Qızıl top”x9d Ronaldonun oldu!

Hazırda oxunan: “Qızıl top”x9d Ronaldonun oldu!

66889
Portuqaliyalı Kriştiano Ronaldo ardıcıl 2-ci, karyerasında isə 3-cü dəfə "qızıl top"a sahib olub.

Komanda.az xəbər verir ki, bu barədə KİV-ə FİFA-dakı mənbədən məlumat sızıb. Səsvermənin nəticələrinə görə, Ronaldo 37,66 faiz səs toplayıb. Messi - 15,76, Noyer - 15,72 faiz səs qazanıb. Səsvermədə yığma komandaların 181 məşqçisi, 182 kapitanı, həmçinin 181 KİV nümayəndəsi iştirak edib.

Rəsmi məlumat bu gecə Sürixdə keçiriləcək mərasimdə rəsmən elan olunacaq.

Ötən ilin yekunlarına görə "qızıl top" Kriştiano Ronaldoya təqdim olunmuşdu. Buna qədər mükafatı dörd dəfə ardıcıl Messi almışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin