Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, qitə birinciliyində ilk öncə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.
Maqomedxan Maqomedov (97 kq) AÇ-yə litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbəylə (12:2) start verib.
Təmsilçimiz 1/4 finalda Elizbar Odikadzeyə (Gürcüstan), yarımfinalda Zbiqniev Mateuş Baranovskiyə (Polşa) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşacaq.
Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç bir şans tanımayıb - 9:0. Həmyerlimiz 1/4 finalda Arman Avaqyana (Ermənistan), yarımfinalda Vladimeri Qamkrelidzeyə (Gürcüstan) qalib gəlib.
Əliabbas Rzazadə (57 kq) Levan Metreveli (İspaniya), Mikyay Salim Naim (Bolqarıstan), Beka Bujiaşviliyə (Gürcüstan) qalib gələrək finala yüksəlib. İdmançımızın finaldakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.
Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Millimizin liderinin bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib.
12:2 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. O, qızıl medal uğrunda döyüşdə macarıstanlı İsmail Musukayevlə qarşılaşacaq.
Qeyd edək ki, final görüşləri martın 29-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:20 / 28.03.2022
Avropa çempionatı: Dörd güləşçimiz finala çıxdı
Hazırda oxunan: Avropa çempionatı: Dörd güləşçimiz finala çıxdı
Hazırda oxunan: Avropa çempionatı: Dörd güləşçimiz finala çıxdı
66840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.