Hacı Əliyev mübarizəyə başlayır - Dördqat Avropa çempionu ola biləcəkmi?

Hazırda oxunan: Hacı Əliyev mübarizəyə başlayır - Dördqat Avropa çempionu ola biləcəkmi?

66683

Bu gün Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində ispaniyalı Levan Metreveli ilə üz-üzə gələcək.

65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulacaq. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançının bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) - Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq.

Zirəddin Bayramov (70 kq) 1/8 finalda macar Daniel Antalın müqavimətini qırmağa çalışacaq. Əşrəf Aşırov (79 kq) eyni raundda bolqar Miroslav Kirovu sınağa çəkəcək.

Maqomedxan Maqomedov (97 kq) isə təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin