Azərbaycan fiqurlu konkisürəni dünya çempionatını 9-cu yerdə tamamladı, cütlük isə… - FOTO 

Hazırda oxunan: Azərbaycan fiqurlu konkisürəni dünya çempionatını 9-cu yerdə tamamladı, cütlük isə… - FOTO 

66502

Fransanın Monpelye şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatında çıxış edən atletimiz Yekaterina Ryabova sərbəst proqramda növbəti dəfə öz bacarığını nümayiş etdirib. 

Bizim.Media xəbər verir ki, Rusiya əsilli atletimiz “Notr Dam de Paris” kompozisiyasının müşayiəti ilə buz üstünə çıxıb. Münsiflərin qiymətləndirməsinə əsasən, Yekaterina 188.50 xal toplayaraq 9-cu yerdə qərarlaşıb. 

Eyni zamanda digər təmsilçilərimiz – Aleksandr Kolosovski və Yekaterina Kuznetsova da buz üstündə rəqs üzrə çıxış ediblər. Cütlüyümüz 49.12 xal toplasa da, növbəti mərhələyə yüksəlmə şansını əldən verib. 
Kişilərdə Vladimir Litvintsevin sərbəst proqram üzrə son çıxışı bu gün baş tutacaq. 

Qeyd edək ki, fiqurlu konkisürmə üzrə dünya çempionatı martın 27-nə kimi davam edəcək. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin