"Qızıl top" nə Messinin, nə də Ronaldonun olmalıdı. Bu mükafat Noyerə verilməlidi".Bu sözləri ukraynalı əfsanəvi futbolçu Andrey Şevçenko deyib.
Öz ölkəsinin mətbuatına danışan "Şeva" sözlərinə belə əlavə edib: "DÇ-2014-ü diqqətlə izlədim. Noyer çempion komandanın bir parçası idi. O, mundialı möhtəşəm keçirdi. Noyer təkcə qapıçı kimi yox, həmçinin sonuncu müdafiəçi kimi çıxış edirdi. Təbii ki, Ronaldo və Messinin də "Qızıl top"u qazanmaq şansları var. Ronaldo "Real"ın heyətində Çempionlar Liqasının qalibi oldu. Messinin çıxış etdiyi Argentina yığması isə mundialda finala qədər irəlilədi. Ümumi götürdükdə isə mükafatı qazanmağa ən layiq futbolçu Noyerdi".
Qeyd edək ki, 2014-cü ilin ən yaxşı futbolçusuna adına 3 namizəd Lionel Messi, Kriştianu Ronaldo və Manuel Noyerdi. (apasport.az)


































































































