Almaniya Bundesliqasının 27-ci turunun “Bohum” - “Borussiya” (Münhenqladbax) oyunu yarımçıq dayandırlıb.
Bizim.Media xəbər verir ki, 71-ci dəqiqədə, hesab 2:0 qonaqların xeyrinə olarkən baş hakim Benyamin Kortus oyunu saxlayıb. Buna tribunadan yan xətt hakiminin üzərinə stəkanın atılması və onun başına dəyməsi səbəb olub.
Hadisədən sonra hakimlər və futbolçular meydanı tərk ediblər. Bir qədər keçdikdən sonra elan edilib ki, görüş bərpa olunmayacaq.
“Bohum”un idman direktoru Sebastyan Şindzelorts baş verənləri biabırçılıq adlandırıb. O, yan xətt hakiminin xəsarət aldığını deyərək ona şəfa diləyib.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:50 / 19.03.2022
Almaniya çempionatında RƏZALƏT, oyun buna görə yarımçıq dayandırıldı - FOTO
Hazırda oxunan: Almaniya çempionatında RƏZALƏT, oyun buna görə yarımçıq dayandırıldı - FOTO
Hazırda oxunan: Almaniya çempionatında RƏZALƏT, oyun buna görə yarımçıq dayandırıldı - FOTO
65636
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.