Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Bizim.Media Boks Federasiyasına istinadən xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin üzvü Cəlal Qurbanov (63,5 kq) ikinci döyüşünə çıxıb.
1/16 final mərhələsində finlandiyalı Yere Niemelainenə (Finlandiya) qalib gələn boksçumuz bu dəfə sloveniyalı Nik Nikolovla üz-üzə gəlib. Görüş Qurbanovun qələbəsi ilə başa çatıb. O, rəqibini 3:0 (29:27, 29:27, 28:28, 29:27, 28:28) hesabı ilə məğlub edib.
İdmançımız 1/4 finalda İqor Kovtunla (Ukrayna) qarşılaşacaq. Döyüş martın 19-da baş tutacaq.
Həmin gün yarımfinal uğrunda millinin daha 4 boksçusu - Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq) və Nəbi İsgəndərov (67 kq) da rinqə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatında final döyüşləri martın 23-də olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:23 / 17.03.2022
Avropa çempionatı: Daha bir boksçumuz 1/4 finala yüksəldi
Hazırda oxunan: Avropa çempionatı: Daha bir boksçumuz 1/4 finala yüksəldi
Hazırda oxunan: Avropa çempionatı: Daha bir boksçumuz 1/4 finala yüksəldi
65375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.