Martın 17-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, gecənin sensasiya nəticəsi Turində qeydə alınıb.
İspaniyanın "Vilyarreal" komandası İtaliyada "Yuventus"un qonağı olub. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından ispaniyalılar növbəti mərhələyə adlayıblar.
Gecənin digər oyununda İngiltərənin "Çelsi" klubu Fransada "Lill" komandası ilə qarşılaşıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən "zadəganlar" cavab görüşündə də qələbə qazanıb - 2:1. Bu nəticədən sonra İngiltərə təmsilçisi adını növbəti raunda yazdırıb.
Beləliklə, "Çelsi", "Vilyarreal", “Real Madrid”, “Mançester Siti”, “Liverpul”, “Atletiko Madrid”, “Benfika” və “Bavariya” klubları 1/4 finala vəsiqəni təmin ediblər.
1/4 finalın püşkü martın 18-də baş tutacaq.
Bizim.Media