İngiltərəli jurnalist Pirs Morqan “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə bağlı maraqlı hadisəni qələmə alıb.
Bizim.Media xəbər verir ki, o, “The Sun” qəzetindəki yazısında 2 il əvvəl portuqaliyalı futbolçu ilə birgə şam yeməyi zamanı söhbətini xatırlayıb.
“2 il əvvəl, Ronaldo hələ “Yuventus”da oynayanda onunla Turində sevdiyi restoranlardan birində yemək yeyirdik. Məclisin sonunda mən ondan soruşdum ki, öz məzar daşında hansı nömrənin yazılmasını istəyər. Ronaldo gülərək cavab verdi ki, nömrə 1. Bəli, 7 nömrə yox, məhz 1 nömrə”.
Bizim.Media