Şamaxı şəhər stadionunun istifadəyə hazır olmaması barədə müzakirələr artıb.
Bizim.Media xəbər verir ki, martın 18-də “Keşlə” klubunun (yaxın gələcəkdə adı dəyişərək “Şamaxı” olacaq) “Sumqayıt”la Premyer Liqa matçını məhz yeni stadionda keçiriləcəyi bildirilirdi. Amma bu həftə PEL-in açıqladığı təqvimdə “Keşlə”nin rəqibini əvvəlkitək Bakıdakı “ASK Arena”da qəbul edəcəyi qeyd olunub.
Bundan sonra jurnalistlər sosial mediada müzakirə aparıblar. Daha çox sual bu yöndə olub:
“UEFA-nın beynəlxalq sertifiikat verdiyi stadion nəyə görə daxili çempionatın oyunlarına hələ də hazır deyil?”
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Qol.az-a açıqlamasında deyib ki, stadionun hazır olmaması ilə bağlı fikirlər həqiqəti əks etdirmir:
“Qeyd edildiyi kimi, UEFA-nın sertifikat verdiyi stadion necə hazır olmaya bilər? Stadion tam hazırdır. Hazır olmaması ilə bağlı deyilənlər, yazılanlar isə əsassızdır”. F.Abdulla bildirib ki, Şamaxı stadionunda ilk oyunun nə vaxt keçiriləcəyi barədə məlumatı PFL açıqlayacaq.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev isə bildirib ki, təmsil etdiyi qurumun əməkdaşları bir müddət əvvəl Şamaxı şəhər stadionunda olublar və arenada heç bir problemin olmadığı qənaətinə gəliblər:
“PFL-in əməkdaşları bir müddət əvvəl Şamaxı şəhər stadionuna getmişdilər. Onlar arenaya baxış keçirdilər. Satdionda heç bir problem yoxdur. Orada nə vaxt oyunların keçiriləcəyi barədə isə PFL-in rəsmi saytı məlumat yayacaq”.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:15 / 15.03.2022
Şamaxı stadionu ilə bağlı problem nədir? - AFFA və PFL-dən AÇIQLAMA
Hazırda oxunan: Şamaxı stadionu ilə bağlı problem nədir? - AFFA və PFL-dən AÇIQLAMA
Hazırda oxunan: Şamaxı stadionu ilə bağlı problem nədir? - AFFA və PFL-dən AÇIQLAMA
64906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.