Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Tokio 2020 Yay Olimpiya və Paralimpiya oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.
Tokioda uğur qazanmış idmançıları yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək onlara qarşıdakı yarışlarda, xüsusən də Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarında uğurlar arzulayıblar.
Sonra gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.
Təltif edilənlər siyahısında Tokio olimpiadasının gümüş medalçıları karateçi İrina Zaretska (68 kq), sərbəst güləşçi Hacı Əliyev və olimpiadanın bürünc medalına sahib çıxan İrina Kindzerska da var.
Qeyd edək, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il avqustun 12-də və sentyabrın 26-dakı sərəncamları ilə Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər “Vətənə xidmətə görə” ordeni, 2 nəfər “Əmək ordeni”, 7 nəfər “Tərəqqi” medalı, 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Paralimpiya oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər “Şöhrət” ordeni, 14 nəfər “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Əmək ordeni”, 3 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:24 / 15.03.2022
Azərbaycanın tanınmış idmançıları mükafatlandırıldı - FOTO
Hazırda oxunan: Azərbaycanın tanınmış idmançıları mükafatlandırıldı - FOTO
Hazırda oxunan: Azərbaycanın tanınmış idmançıları mükafatlandırıldı - FOTO
64872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.