Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Bizim.Media-nın məlumatına görə, turun son günündə “Qəbələ” – “Zirə” matçının 25 dəqiqəsi oynanılıb.
Dünən başlayan qarşılaşma əlverişsiz hava şəraiti üzündən təxirə salınıb. Stadion qardan təmizləndikdən sonra qarşılaşmanın sonluğu bu gün baş tutub.
Lakin bir gün öncə hesabı aça bilməyən komandalar bu dəfə də meydandan qolsuz ayrılıb – 0:0. Bu nəticə sayəsində “Zirə” bir günlük fasilədən sonra ikinci pilləyə qayıdıb.
Qeyd edək ki, turun ilk iki günündə keçirilən oyunlarda “Keşlə” “Səbail”i (3:0), “Qarabağ” “Sabah”ı (1:0) səfərdə, “Neftçi” isə “Sumqayıt”ı öz meydanında (2:1) məğlub edib.
*** 09.58
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, "Qəbələ" evdə "Zirə" klubu ilə üz-üzə gələcək. Ötən gün güclü qarın yağması səbəbilə təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65-ci dəqiqədən davam etdiriləcək.
Bu müddətədək oyunda hesab açılmayıb.
Hazırda 34 xalı olan paytaxt təmsilçisi üçüncü, 32 xalı olan "qırmızı-qaralar" isə dördüncü sırada qərarlaşıb. Bu səbəbdən, 34 xalla ikinci yerdə gedən "Neftçi" əyalədəki görüşün nəticəsindən asılı olmayaraq, 3-cü pilləyə geriləyəcək.
Qəbələ şəhər stadionunda 12:30-da baş tutacaq qarşılaşmaya Əliyar Ağayev hakimlik edəcək.
Bizim.Media