Millimizin sabiq futbolçusu: "Yenidən Azərbaycana qayıda bilərəm"

Hazırda oxunan: Millimizin sabiq futbolçusu: "Yenidən Azərbaycana qayıda bilərəm"

6402

"İsrailə qayıtdığım üçün peşman deyiləm. Amma ailəm Azərbaycanda yaşamağa razılaşsaydı, karyeramı orada başa vurardım".

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin və "Sumqayıt" klubunun sabiq futbolçusu Əli Babayev "One" nəşrinə açıqlamasında "gənclik şəhəri" təmsilçisindən ayrılmasının səbəbi barədə danışarkən deyib.

Hazırda çıxış etdiyi İsrailin "Makkabi" (Petah-Tikva) komandasından ayrılmağa hazırlaşan 30 yaşlı yarımmüdafiəçi ailəsinə görə bu addımı atdığını bildirib:

"Azərbaycanda uzun müddət oynaya bilərdim. Çünki orada hər şey mənim üçün çox yaxşı idi. Yenidən Azərbaycana qayıdacağıma şübhə etmirəm. Hələ də oradakı insanlarla əlaqə saxlayıram. Mənə qazandırdıqlarına görə onları çox sevirəm".

Qeyd edək ki, 2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin