Azərbaycan əsilli futbolçu Kiyevin müdafiəsinə qalxdı – VİDEO 

Hazırda oxunan: Azərbaycan əsilli futbolçu Kiyevin müdafiəsinə qalxdı – VİDEO 

62902

Azərbaycan əsilli futbolçu, Kiyev "Dinamo"sunun sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Ukrayna xalqına müraciət edib.

Bizim.Media xəbər verir ki, azərbaycanlı futbolçu video paylaşaraq Ukraynaya öz dəstəyini nümayiş etdirib.

A. Əliyev ölkəni tərk etməyəcəyini, qoruyacağını bildirib:

"Mən Kiyevdəyəm. Burada qalmışam və qalacağam. Övladlarımın doğulduğu ölkəni qorumaq üçün burada olacağam. Hər kəsi sülhə çağırıram. Uşaqlar, ukraynalılar, gözləyin. Biz güclüyük, hər şeyə dözəcəyik. Əlimdən gələni etməyə çalışacağam ki, bu ölkədə ancaq sülh olsun”. 

Sözügedən videonu təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin