İsveçrəli milyarder Hansyorq Viss rusiyalı iş adamı Roman Arbamoviçdən "Çelsi"ni almaq təklifi aldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Blick"ə açıqlamasında deyib: “Abramoviç İngiltərədəki villalarını satmağa çalışır.
O, həm də tez bir zamanda “Çelsi”dən qurtulmaq istəyir. Martın 1-də mən və daha 3 nəfər Abramoviçdən “Çelsi”ni almaq təklifi aldıq.
4-5 gün gözləməliyəm. İndi Abramoviç həddindən artıq pul istəyir. "Çelsi"nin ona 2 milyard funt sterlinq borcu var, lakin klubun pulu yoxdur. Bu o deməkdir ki, “Çelsi”ni kim alsa, Abramoviçə bu məbləği kompensasiya etməli olacaq.
Hazırda dəqiq satış qiymətini bilmirik. “Çelsi”ni tərəfdaşlarla birlikdə alacağımı yaxşı təsəvvür edə bilərəm. Ancaq əvvəlcə ümumi şərtləri öyrənməliyəm. Əminliklə deyə bilərəm ki, təkbaşına belə bir iş görməyəcəyəm".
Bizim.Media