"Keşlə” klubunun adı rəsmən dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.
O bildirib ki, “Keşlə” artıq “Şamaxı” adını daşıyır:
“Klub hüquqi cəhətdən adını dəyişib, Ədliyyə Nazirliyindən qeydiyyatdan da keçib”.
Klubun Premyer Liqada nə vaxtdan “Şamaxı” adı altında çıxış edəcəyi ilə bağlı sualımızı isə mətbuat xidmətindən bu cur cavablandırıblar:
“Bəli, klubun adı artıq “Şamaxı”dır. Sadəcə, proseslərin yekunlaşması üçün sənədləşməni gözləyirik. Çempionatda yeni ad altında çıxış etməklə bağlı Peşəkar Futbol Liqasına müraciət etmişik, sənədləşmə işi gedir. Yəqin ki, yaxın vaxtlarda hər iki tərəfdən rəsmən elan olunacaq”.
Qeyd edək ki, komanda növbəti oyununu martın 6-da Premyer Liqanın XVIII turu çərçivəsində “Sabah”a qarşı keçirəcək. (Apasport)
Bizim.Media
- A-
- A
- A+
İdman
14:42 / 02.03.2022
"Keşlə”nin adı dəyişdi, “Şamaxı” oldu
Hazırda oxunan: "Keşlə”nin adı dəyişdi, “Şamaxı” oldu
Hazırda oxunan: "Keşlə”nin adı dəyişdi, “Şamaxı” oldu
62775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.