"Adidas" Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırdı

Hazırda oxunan: "Adidas" Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırdı

62724

"Adidas" şirkəti Rusiya Futbol İttifaqı ilə əməkdaşlığı dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Almaniya şirkəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə belə qərar verib.

Tərəflər 2008-ci ildən əməkdaşlıq edirdi. Rusiya millisini formalarla təmin edən məşhur idman brendi ilə müqavilə ötən yay 2026-cı ilə qədər uzadılmışdı.

Xatırladaq ki, dünən FİFA və UEFA Rusiya klubları və bütün yaş qrupu üzrə milli komandaları növbəti qərar açıqlanana qədər bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb. Bundan başqa, UEFA Rusiyanın "Qazprom" şirkəti ilə müqaviləni ləğv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin