Rusiyanın 44-cü Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi ləğv edildi

Hazırda oxunan: Rusiyanın 44-cü Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi ləğv edildi

62067

Beynəlxalq Şahmat Federasiyası (FIDE) nüfuzlu yarışlardan olan 44-cü Ümumdünya Şahmat Olimpiadasının Rusiyada keçirilməməsi ilə bağlı qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, FIDE-nin saytında yerləşdirilən bu barədə məlumatda sürətlə gərginləşən geosiyasi vəziyyətlə əlaqədar FIDE Şurasının belə bir qərar qəbul etməli olduğu bildirilib.

Qurumun növbədənkənar iclasında planlaşdırılan bütün rəsmi yarışlara ev sahibliyinin Rusiyadan alınması qərara alınıb.

Beləliklə, bu qərardan sonra əsas tədbirlərindən olan 44-cü Şahmat Olimpiadası, Xantı-Mansiyskdə keçiriləcək əlilliyi olan insanlar üçün birinci Şahmat Olimpiadası və FIDE-nin 93-cü konqresi Rusiyada təşkil edilməyəcək. FIDE bu tədbirlər üçün alternativ tarix və yerlərin axtarışı üzərində işlədiyini elan edib.

Qeyd edək ki, Olimpiadanın iyulun 26-dan avqustun 8-dək Moskvada keçirilməsi nəzərdə tutulurdu.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin