Xəbər vermişdik ki, “Qarabağ”x9d klubunun futbolçusu Reynaldonun komanda yoldaşı və həmyerlisi Almeydanın iki xanımla birgə şəhərin mərkəzindəki gecə klublarından birindən içkili vəziyyətdə çıxarkən görüblər.
Məlumata görə, komanda yoldaşı və həmyerlisi Almeyda və daha iki xanımla “Kia optima”x9d markalı avtomobilə əyləşən “sambaçı”x9dnı bir neçə metrdən sonra yol polisi saxlayıb. Almeyda sükan arxasında olmadığından ona heç bir cərimə yazılmayıb. Reynaldoya isə içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə protokol tərtib edilib. (//publika.az/p/51813 )
Məsələ ilə bağlı “Qarabağ”x9dın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq.
Publika.az-a danışan klub rəsmisi oyun ya məşq zamanı Reynaldo və Almeydanın spirtli içki qəbul etməsi kimi bir problemlə qarşılaşmadıqlarını deyib:
“Adını çəkdiyiniz futbolçuların hər ikisi ailəlidir. Ancaq onlar ictimai qaydaları pozmayacaqları şəkildə yaşadıqları həyatda sərbəstdirlər. Düzdür, ictimai şəxslərdirlər, bəzi şeylərə diqqət etməlidirlər.
Onların oyun ya da məşq olmayan zaman spirtli içki qəbul edib-etmədiklərini bilinmirəm. Ancaq matç və ya təlim-məşq zamanı futbolçular heç vaxt belə bir problemi (içkili olmaq ”“ red.) olmayıb”x9d.



























































































