Sabah UEFA Konfrans liqasının 1/16 final mərhələsində Ağdamın “Qarabağ” klubu Fransanın “Marsel” komandası ilə qarşılaşacaq.
İlk oyunda səfərdə rəqibinə 3 - 1 hesabı ilə məğlub olan təmsilçimizin mərhələ adlaması üçün böyük hesablı qələbə qazanması mütləqdir.
Oyundan öncə komandadakı ab-hava ilə Bizim.Media ilə fikirlərini bölüşən “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə bilet satışı ilə bağlı da məlumat verib.
“İndiyə kimi 13 min bilet satılıb. Bilet satışları isə davam edir”, - deyə müsahibimiz qeyd edib.
Klub rəsmisi oyunu stadiondan seyr etmək üçün Fransadan gələn azarkeşlərin olacağını da diqqətə çatdırıb. Gündüz Abbaszadənin sözlərinə görə, “Marsel” azarkeşlərinə indiyə kimi 180 bilet satılıb. Bakıya gələn “Marsel” azarkeşləri arasında erməniəsilli fanatların olub-olmaması ilə bağlı isə Xarici İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqə saxlamağa çalışdıq. Lakin istəyimizə nail ola bilmədik.
MÖVZU İLƏ BAĞLI:
Qurban Qurbanov məğlubiyyətin səbəbini açıqladı - "Buna görə uduzduq"
Qeyd edək ki, “Qarabağ”-“Marsel” görüşü fevralın 24-ü saat 21.45-də start götürəcək. Matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.
Murad Əhmədov, Bizim.Media