Çempionlar Liqası: “Atletiko Madrid” “Mançester Yunayted”i qəbul edir

Hazırda oxunan: Çempionlar Liqası: “Atletiko Madrid” “Mançester Yunayted”i qəbul edir

0:00
0:00
61478

Bu gecə futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin ilk görüşlərinə yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, mərhələnin sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək. 

Gecənin maraqla gözlənilən matçı İspaniyada “Atletiko Madrid” ilə “Mançester Yunayted” komandaları arasında oynanılacaq.

“Vanda Metropolitano” stadionunda keçiriləcək görüşü rumıniyalı FIFA referisi Ovidiu Hatseqan idarə edəcək. 

Vacib oyundan əvvəl meydan sahiblərinin heyətində ciddi itkilər var. Antuan Qrizman və Daniel Vass zədə, Yannik Karrasko isə cəza səbəbindən oynamayacaqlar. Xose Mariya Ximenesin isə meydana çıxması sual altındadır. Qonaqlarda isə Erik Bayi və Edinson Kavani meydana çıxa bilməyəcəklər. 

Gecənin digər matçında isə Niderlandın “Ayaks” klubu Portuqaliyada “Benfika” ilə qarşılaşacaq.

“Eştadiu du Benfika” stadionundakı görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. Lissabon təmsilçisinin heyətində Haris Seferoviç, Amsterdam klubunda isə Marten Stekelenburq və Şon Klayber zədə səbəbindən oyunu buraxacaqlar. Komandalar arasında cavab qarşılaşmaları martın 15-də keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin