“Traktor” Səudiyyə Ərəbistanına yollandı

Hazırda oxunan: “Traktor” Səudiyyə Ərəbistanına yollandı

606684

Təbrizin “Traktor” futbol komandası Elit Çempionlar Liqasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşüb.

Bizim.Media xəbər verir ki, Təbriz təmsilçisi dünən qurudan Türkiyənin Van şəhərinə, oradan isə təyyarə ilə İstanbula yollanıb.

Komanda bu gün İstanbuldan birbaşa reyslə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçub.

Klubun yeddi legioner futbolçusu İstanbulda komandaya qoşulub və Məhəmməd Rəbiinin rəhbərliyi altında Səudiyyə Ərəbistanına səfər ediblər.

Komandanın iki üzvü - Mehdi Şiri və Seyid Mehdi Hüseyni isə pasportlarının müddəti bitdiyi üçün Türkiyə səfərində iştirak edə bilməyiblər.

Onların probleminin bu gün həll olunacağı və yeni pasportlarını aldıqdan sonra əvvəlcə Türkiyəyə, oradan isə komandaya qoşulmaq üçün Səudiyyə Ərəbistanına yollanacaqları gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin