Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Qəbələ" öz meydanında "İmişli"ni qəbul edib.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45-ci dəqiqədə Dieqo Rollo vurub.
Bu nəticədən sonra xallarını 23-ə çatdıran "İmişli" 9-cu pilləyə yüksəlib. "Qəbələ" isə 19 xalla 11-ci sırada qalıb.
Tura bu gün Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:33 / 12.04.2026
"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO
Hazırda oxunan: "Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO
Hazırda oxunan: "Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO
606675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































