Tofiq Əliyev: "Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram"

Hazırda oxunan: Tofiq Əliyev: "Avropa çempionatında gümüş medal qazandığımız üçün qürur duyuram"

606629

Azərbaycan gimnastı Tofiq Əliyev Avropa çempionatında tamblinq üzrə komanda hesabında gümüş medal qazandıqları üçün qürur duyur.

Bizim.Media xəbər verir ki, idmançı bu barədə sosial şəbəkədə yazıb.

T.Əliyev Portuqaliyanın Portimao şəhərində keçirilən yarışla bağlı fikirlərini bölüşüb:
 

"Avropa çempionatında komanda hesabında gümüş medal qazandıq. Komanda yoldaşlarımla qürur duyuram. Bu gün isə fərdi finallar baş tutacaq. Mixail Malkin və mən bayrağımızı layiqincə təmsil etməyə çalışacağıq".


Xatırladaq ki, batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı bu gün başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin