Bundesliqa tarixində ilk: “Union Berlin” klubunda qadın baş məşqçi

Hazırda oxunan: Bundesliqa tarixində ilk: “Union Berlin” klubunda qadın baş məşqçi

606627

“Union Berlin” klubunun ötən gün Bundesliqanın 29-cu turu çərçivəsində səfərdə “Haydenhaym”a 1:3 hesablı məğlubiyyətindən sonra komandanın baş məşqçisi Steffen Baumqartın fəaliyyətinə son verilib.

Bizim.Media xəbər verir ki onun yerinə baş məşqçi vəzifəsinə Mari-Luiza Eta gətirilib. Bununla da o, ilk qadın baş məşqçi kimi Bundesliqa tarixinə düşüb.

Klubun açıqlamasında son 14 oyunda cəmi iki qələbə qazanan komandada yeni baş məşqçinin əsas vəzifəsinin “Union”un Bundesliqada qalmasını təmin etmək olduğu bildirilib.
 

Otuz dörd yaşlı M.Eta futbolçu karyerasında yarımmüdafiəçi kimi “Turbine Potsdam” klubunda çıxış edib. O, qadın futbolçular arasında Almaniya çempionu və Çempionlar Liqasının qalibi olub. Baş məşqçi kimi, U15-dən U23-ə qədər müxtəlif yaş qrupları üzrə Almaniya yığmalarına dəvət alıb. 2023-cü ildən “Union Berlin”də köməkçi məşqçi kimi fəaliyyət göstərib.


Qeyd edək ki, komanda hazırda 32 xalla 11-ci pillədə qərarlaşıb. Klubu təhlükəli zonadan cəmi 7 xal ayırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin