Natalya Məmmədova Azərbaycana gəldi - Video

Hazırda oxunan: Natalya Məmmədova Azərbaycana gəldi - Video

606209

Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Natalya Məmmədova Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, o, ötən gün Voleybol üzrə Yüksək Liqanın yarımfinalında keçirilən Milli Aviasiya Akademiyası – “DH Volley” matçında iştirak edib.

Qarşılaşmadan öncə Azərbaycan Voleybol Federasiyası tərəfindən Natalya Məmmədovaya gül hədiyyə olunub.
 

Qeyd edək ki, Natalya Məmmədova karyerasına Ukraynada başlayıb. Bu ölkənin yeniyetmələrdən ibarət millisində Avropa çempionatının gümüş medalını qazanan Nataliya Azərbaycana gəldikdən sonra soyadını dəyişərək Məmmədova olub. O, bunadək Skazka soyadını daşıyıb.


2004-cü ildə millimizdə debüt edən Natalya Məmmədov karyerası ərzində Bakının “Azərreyl”, Rabitə, İsveçrənin “Volero”, İtaliyanın “Keri”, İspaniyanın “İkaro”, Türkiyənin “Türk Telekom”, Rusiyanın “Dinamo”, “Omiçka”, “Dinamo Kazan” kimi klublarının şərəfini qoruyub.

O, 2011-ci ildə “Rabitə” ilə FIVB Klublararası dünya çempionatının qalibi olub.

Xatırladaq ki, Natalya Məmmədova karyerasını bitirdikdən sonra Fransada yaşayır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin