Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Hazırda oxunan: Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

606089

Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları Qaşım Maqomedov və Həsrət Cəfərov üçün medal təqdimetmə mərasimi təşkil olunub.

Bizim.Media xəbər verir ki, onların “Paris-2024” Yay Olimpiya Oyunları zamanı qazandıqları medallar aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib.
 

Taekvondoçu Qaşım Maqomedovun gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərovun isə bürünc medalı yenilənib və mərasimdə hər iki idmançıya yeni mükafatlar rəsmi şəkildə təqdim olunub.


Qeyd edək ki, "Paris-2024"də mükafat qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.

Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kiloqram) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kiloqram) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kiloqram), boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medalları keyfiyyətini itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin