Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

606080

Azərbaycanda qadın futbolu mövcuddur və inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. Lakin bu sahə hələ tam formalaşmayıb və geniş kütləni əhatə edən idman növünə çevrilməyib.

Bunun da müxtəlif səbəbləri var, kişi futbolunda olduğu kimi maliyyə çatışmazlığı ilə yanaşı cəmiyyətin basqısı da öz sözünü deyir. Çünki bəzi təbəqələrdə qadınların futbolla məşğul olması birmənalı qarşılanmır ki, bu da qızların bu sahəyə yönəlməsinə mane olur.
 

Diqqət çəkən əsas məqamlardan biri də ölkənin aparıcı kişi klublarının qadın komandalarının ya ümumiyyətlə olmaması, ya da çox zəif fəaliyyət göstərməsidir. Kişi klublarının qadın komandalarının olmaması qadın futbolunun inkişafını ləngidir.


Halbuki bu klubların resursları və brend gücü qadın futbolunu qısa müddətdə yeni səviyyəyə qaldıra bilər. Yəni artıq sevilən, brendə çevrilən komandalar bu addan istifadə edib qadın futboluna töhfə verə bilərlər.

Dünya futbolu isə buna fərqli yanaşır. Avropada böyük klublar qadın futboluna ciddi yatırım edirlər. Bu komandalar klub brendini daha da gücləndirir və yeni azarkeş kütləsi formalaşdırır.

Bəs Azərbaycanda hansı kişi futbol klublarının həm də qadınlardan ibarət komandası var?

Bizim.Media
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadən xəbər verir ki, ölkədə qadınlar arasında futbol liqaları keçirilir və burada bir neçə klub mübarizə aparır.

AFFA yüksək qızlar liqasında 12 komanda mübarizə aparır.

Bunların arasında kişilərdən ibarət məşhur klubların qadınlardan ibarət komandası da var. Bunlara “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” FK-nı nümunə göstərə bilərik.

“Qarabağ” futbol klubu bir neçə dəfə ölkə çempionu olsa da, Avropa futbolunda uğur qazansa da ölkənin qadın futboluna maraq göstərmir. Yəni “Qarabağ” hələ də qadınlardan ibarət futbol klubu formalaşdırmayıb.

Maraqlıdır ki, oyunlarında qadın azarkeşlərə jest edərək, onlara pulsuz bilet təşkil edən

“Qarabağ” futbol klubunun niyə qadınlardan ibarət komandası yoxdur?

“Qarabağ” futbol klubunun mətbuat xidmətinin katibi Anar Hacıyev Bizim.Media-ya bildirilib ki, hazırda lisenziyalaşdırılmada qadın futbolu “A” kateqoriya sayılmır, yəni məcburi deyil.

“O baxımdan hələki qadın komandası bizdə yoxdur. Gələcəkdə belə bir məcburiyyət olarsa, qadın komandası yaradacağıq”.

Klublar qarşısında belə bir tələbin qoyulub qoyulmaması ilə bağlı AFFA-ya müraciət etdik.

Qurumdan bunun reqlamentdə olduğu bildirilib. Lakin niyə yaradılmadığı onlara da məlum deyil.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin