Rauf Xəlilov bu federasiyanın prezidenti seçildi

Hazırda oxunan: Rauf Xəlilov bu federasiyanın prezidenti seçildi

605936

"Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
 

"Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin prezidenti Rauf Xəlilov çıxış edərək bu idman növünün inkişafı üçün görülən işlərin əhəmiyyətini vurğulayıb. Daha sonra "Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin 2022-2025-ci illər ərzində görülən işlər barədə hesabatı təqdim olunub.


Gündəlikdəki məsələlər təsdiq olunduqdan sonra İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiyada qəbul olunub.

Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib. Səsvermənin nəticələrinə əsasən, Zakir İbrahimov və Anar Əzimov vitse-prezidentləri, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova sədr, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzv seçiliblər. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin