UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. "Real" öz meydanında "Bavariya"nı qəbul edib.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Arsenal" isə Portuqaliyada "Sportinq"in qonağı olub. Bu oyunda da qonaqlar qələbə qazanıb. 90+1-ci dəqiqədə Kay Havertz London klubuna qələbə qazandıran yeganə qolu vurub.
Turun digər iki gprüşü isə bu gecə keçiriləcək.
7 aprel
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
23:00. "Real" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:2
Qollar: Diaz, 41 (0:1), Keyn, 46 (0:2), Mbappe, 74 (1:2)
23:00. "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 0:1
Qol: Havertz, 90+1.
Bizim.Media































































































