“Araz Naxçıvan”ın yeni prezidenti Ceyhun Sultanov olacaq – Özündən AÇIQLAMA

Hazırda oxunan: “Araz Naxçıvan”ın yeni prezidenti Ceyhun Sultanov olacaq – Özündən AÇIQLAMA

605674

Məlum olduğu kimi, yerli mətbuatda Ceyhun Sultanovun “Araz Naxçıvan”ın prezidenti olacağı ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media xəbər verir ki, keçmiş futbolçunun yaxın vaxtlarda Premyer Liqa təmsilçisinin rəhbərliyinə gətiriləcəyi iddia olunub.

Bu barədə danışan ATV-dəki “Futbolumuz” verilişinin aparıcısı Emin Abbasov bu informasiyanı Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovdan aldığını söyləyib.

Məsələnin dəqiqləşdirmək üçün Ceyhun Sultanovun özü ilə əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında sözügedən xəbəri təsdiqləyib. Onun sözlərinə görə hazırda bununla bağlı sənədləşmə işləri aparılır:

“Bəli, “Araz Naxçıvan”ın prezidenti olacağımla bağlı xəbərlər həqiqətdir. Belə söhbət var və məsələ razılaşdırılıb. Hazırda bununla bağlı sənədləşmə işləri aparılır. Ancaq klubun rəhbərliyinə nə vaxt gələcəyimi hələ deyə bilmərəm”.

Qeyd edək ki, Ceyhun Sultanov uzun illər ölkəmizin aparıcı klublarında çıxış edib.

Karyerasını bitirdikdən sonra isə daha çox futbol meneceri kimi fəaliyyət göstərib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin