Azərbaycan millisinin və ABŞ-ın "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.
Bizim.Media xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun "Atlanta Yunayted"lə səfər matçında meydana çıxıb. Gənc forvard 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib.
Qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyəti olub.
Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
Bizim.Media





























































































