“Trabzonspor” “Qalatasaray”la oyuna itkilərlə çıxacaq

Hazırda oxunan: “Trabzonspor” “Qalatasaray”la oyuna itkilərlə çıxacaq

605110

"Trabzonspor" Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Qalatasaray"ı qəbul edəcək.

Bizim.Media xəbər verir ki, ev sahibləri görüşə ciddi itkilərlə çıxacaq.

Komandanın üç vacib oyunçusu meydana çıxa bilməyəcək.

Müdafiəçi Arseniy Bataqov, yarımmüdafiəçi Ernest Muçi zədəlidir, digər yarımmüdafiəçi Krist İnao Ulai isə cəzalı durumdadır.

Qeyd edək ki, "Trabzonspor" - "Qalatasaray" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

"Sarı-qırmızlar" 26 oyun keçirib və 64 xalla liderdir. 27 matçdan sonra 60 xalı olan meydan sahibləri isə 3-cü yerdədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin