Almaniya II Bundesliqasında 28-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" doğma meydanda Düsseldorf "Fortuna"sını qəbul edib.
Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir də bu matçın iştirakçısı olub. 28 yaşlı forvard görüşün 83-cü dəqiqəsində Merqim Berişanın əvəzinə meydana daxil olub.
Xallarını 43-ə yüksəldən "Kayzerslautern" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
19:00 / 04.04.2026
Mahir Emreli oynadı, komandası qalib gəldi
Hazırda oxunan: Mahir Emreli oynadı, komandası qalib gəldi
Hazırda oxunan: Mahir Emreli oynadı, komandası qalib gəldi
605109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































