Neymar 2026-cı il dünya çempionatını buraxa bilər

Hazırda oxunan: Neymar 2026-cı il dünya çempionatını buraxa bilər

605085

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı 2026-cı il dünya çempionatına aparmağı planlaşdırmır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Braziliya mediasında jurnalist Andre Loffredoya istinadla yayılıb.

Məlumata görə, Ançelottinin Neymarın mundiala çağırılması ilə bağlı istəyi yoxdur və o, futbolçunun ətrafında yaranan səs-küyün səbəbini anlamır.

Eyni zamanda, Reuters daha əvvəl yazıb ki, Neymar mart yoldaşlıq oyunları üçün Braziliya millisinin heyətinə daxil edilməyib və Ançelotti onun yalnız tam hazır vəziyyətə qayıdacağı halda nəzərdən keçiriləcəyini bildirib.

Braziliya Futbol Konfederasiyasında da futbolçunun uzun oyun təcrübəsi fasiləsi və fiziki hazırlıq problemləri səbəbindən lazımi formaya düşə bilməyəcəyindən ehtiyat edirlər.

Reuters-in məlumatına görə, Neymar 2023-cü ilin oktyabrından bəri millidə oynamayıb və son dövrlərdə zədələrlə mübarizə aparır.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Bu, tarixdə 48 komandanın iştirak edəcəyi ilk mundial olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin