Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar məlum olub.
Bizim.Media Şahmat Federasiyasına istinadən xəbər verir ki, yarımfinalda Vasif Durarbəyli ilə Məhəmməd Muradlı arasındakı əsas oyunlar 1:1 hesabı ilə bitdikdən sonra ilk rapid oyununda heç-heçə qeydə alınıb. İkinci rapid görüşündə qələbə qazanan Məhəmməd Muradlı adını finala yazdırıb.
Sabah iki partiyadan ibarət finalda Məhəmməd Muradlı Misrətdin İsgəndərovla, üçüncü yer uğrunda görüşdə isə Aydın Süleymanlı Vasif Durarbəyli ilə qarşılaşacaq.
Qeyd edək ki, 2019-cu ildə Məhəmməd Muradlı 20 şahmatçının iştirak etdiyi Azərbaycan çempionatında çempionluq sevinci yaşayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:20 / 16.02.2022
Şahmat üzrə Azərbaycan çempionatında FİNALÇILAR
Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionatında FİNALÇILAR
Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionatında FİNALÇILAR
0:00
0:00
60501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.