Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçları başa çatıb.
Bizim.Media xəbər verir ki, günün ikinci oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kadi Borges, qonaqlarda isə Umarali Raxmonaliyev dubl ediblər.
Günün ilk matçında "Zirə" "Turan Tovuz"a 2:0 hesablı qalib gəlib.
Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:35 / 03.04.2026
Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi
Hazırda oxunan: Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi
Hazırda oxunan: Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi
604970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































