İspaniya La Liqasında ən yüksək maaş alan futbolçuların yeni reytinqi açıqlanıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, siyahıda üstünlük əsasən Real Madrid oyunçularına məxsusdur.
Belə ki, Madrid klubunun hücumçuları Kylian Mbappé və Vinícius Júnior ən çox qazanan futbolçular siyahısına başçılıq edir.
Hər iki oyunçu ayda təxminən 2,67 milyon avro gəlir əldə edir.
Üçüncü pillədə "kral klubu"nun digər üzvü David Alaba qərarlaşıb. Onun aylıq qazancı 1,88 milyon avro təşkil edir.
Dördüncü yerdə isə FC Barcelona hücumçusu Robert Lewandowski yer alır. Təcrübəli forvard ayda 1,73 milyon avro qazanır.
İlk beşliyi iki futbolçu tamamlayır. Bunlar Real Madrid yarımmüdafiəçisi Jude Bellingham və Atlético Madrid qapıçısı Jan Oblakdır.
Hər iki oyunçunun aylıq gəliri 1,67 milyon avro səviyyəsindədir. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
19:10 / 03.04.2026
La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar
Hazırda oxunan: La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar
Hazırda oxunan: La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar
604933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































