Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək.
Bizim.Media xəbər verir ki, ilk oyunların 2-si də eyni günə nəzərdə tutulub.
Əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək. Görüş saat 17:30-da başlayacaq. 1/4 finalda Tovuz təmsilçisi "Kəpəz"i, Bakı klubu "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb.
Günün ən çox maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Burada Azərbaycan kubokunun səkkizqat qalibi "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edəcək. Matç saat 20:00-da start götürəcək. 1/4 finalda Ağdam təmsilçisi "Şamaxı", paytaxt klubu isə "Qəbələ" səddini aşıb.
Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.
3 aprel (cümə)
17:30. “Turan Tovuz” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:21 / 03.04.2026
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı
Hazırda oxunan: “Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı
Hazırda oxunan: “Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı
604812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































