Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

Hazırda oxunan: Tarixdə ən çox qazanan idmançılar - SİYAHI

604665

İdman tarixində ən çox qazanan idmançıların siyahısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, siyahıya əfsanəvi basketbolçu Maykl Cordan başçılıq edir.

“Onun Hava Əlahəzrəti” ləqəbli sabiq NBA ulduzu karyerası ərzində inflyasiya nəzərə alınmaqla ümumilikdə 4,5 milyard dollar gəlir əldə edib. İkinci pillədə qolfçu Tayger Vuds (2,88 milyard dollar), üçüncü sırada isə portuqaliyalı ulduz Kriştianu Ronaldu (2,52 milyard dollar) qərarlaşıb.

İlk “beşlik”də həmçinin basketbolçu Lebron Ceyms (2,03 milyard dollar) və argentinalı futbolçu Lionel Messi (1,99 milyard dollar) yer alıb.

Siyahının davamında qolf əfsanələri Arnold Palmer (1,85 milyard dollar) və Cek Niklaus (1,83 milyard dollar), həmçinin futbol ikonası Devid Bekhem (1,68 milyard dollar) qərarlaşıb.

Son iki pillədə isə tennisçi Rocer Federer (1,67 milyard dollar) və boksçu Floyed Meyvezer (1,57 milyard dollar) yer alıb.

Beləliklə, siyahıda əsasən basketbol, futbol və qolf nümayəndələri üstünlük təşkil etsə də, tennis və boks kimi fərqli idman növlərinin təmsilçiləri də ilk onluğa daxil olmağı bacarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin