Türkiyə millisinin DÇ-2026 təqvimində dəyişiklik edildi

Hazırda oxunan: Türkiyə millisinin DÇ-2026 təqvimində dəyişiklik edildi

604651

24 illik həsrətdən sonra 2026-cı il dünya çempionatına vəsiqə qazanan Türkiyənin milli komandasının oyun təqvimində yenilik edilib.

Bizim.Media xəbər verir ki, "ay-ulduzlu" komandanın Paraqvaya qarşı yaşıl meydana çıxacağı qarşılaşmanın başlama saatı 08:00-dan 07:00-a keçirilib.

Türkiyə millisi 2026-cı il dünya çempionatında D Qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsində ardıcıl olaraq Avstraliya, Paraqvay və ABŞ yığmaları ilə üz-üzə gələcək.

Yenilənmiş oyun cədvəli bu şəkildə təsdiqlənib:

14 iyun, Bakı vaxtı ilə saat 08:00


Avstraliya - Türkiyə

(Vankuver, Kanada)

20 iyun, Bakı vaxtı ilə saat 07:00

Türkiyə - Paraqvay

(San-Fransisko, ABŞ)

26 iyun, Bakı vaxtı ilə saat 06:00

Türkiyə - ABŞ

(Los-Anceles, ABŞ)

Qeyd edək ki, qrup mərhələsində Avstraliya, Paraqvay və ABŞ ilə qüvvəsini sınayacaq Türkiyə millisinin təqvimindəki bu saat dəyişikliyi yalnız Paraqvay ilə matça aiddir.

Digər iki qarşılaşmanın başlama vaxtında isə heç bir dəyişiklik edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin