AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar təqdim edəcək.
Bizim.Media "Report"a istinadla xəbər verir ki, bunu qurumun baş katibinin müşaviri Elçin Məmmədov "Eyeball" şirkəti ilə müqavilə imzalanma mərasimindən sonra mətbuat konfransında bildirib.
"Klublar AFFA tərəfindən keçirilən liqalarda oynayırlar. İzləmələr üçün kameralar alınacaq və klublara veriləcək. Bu, klublara imkan verəcək ki, öz oyunçularını izləyə bilsinlər. Bu kameralar əsasən U-15, U-16 və Yüksək Qızlar Liqasında istifadə olunacaq", - deyə o söyləyib.
Qeyd edək ki, müqaviləyə əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda tətbiq olunacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:00 / 02.04.2026
AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək
Hazırda oxunan: AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək
Hazırda oxunan: AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək
604610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































