“Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayevin məşqlərə nə vaxt başlayacağı bilinmir.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, futbolçu hələ ki, komandanın düşərgəsinə qoşula bilməyib.
“Kəpəz”in həkimlərinin dəqiq müayinəsindən sonra onun yüngül məşqlərə başlaya biləcəyi tarix müəyyənləşəcək. Bir müddət əvvəl futbolçunun martın sonu fərdi məşqlərə başlayacağı bildirilsə də, bu alınmayıb.
Qeyd edək ki, Veysəl Rzayev fevralın 3-də Gəncə şəhərində baş verən insident zamanı bıçaqlanmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media






























































































