"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

Hazırda oxunan: "Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

604353

"Qarabağ"ın futbolçusu karyerasını İtaliyanın "Cenoa" klubunda davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, Genuya təmsilçisi cari mövsümün sonunda ağdamlıları tərk edəcəyi dəqiqləşən Emmanuel Addaini istəyir.
 

"Köhlənlər"in sıralarında yeni inkişaf mərhələsinə qədəm qoyan qanalı vingerin UEFA Çempionlar Liqasındakı çıxışı A Seriyası klubunun skautlarının diqqətini çəkib.


Bu isə o deməkdir ki, Avropadan 4-5 real təklif alan 24 yaşlı Emmanuel üçün daha bir variant yaranıb.

Qeyd edək ki, Addai 2025-ci ildən “Qarabağ”da çıxış edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin