Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirir.
Bizim.Media xəbər verir ki, nəticədə mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşir.
Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək DÇ-2026-nın final mərhələsinə yüksəlib.
Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.
İsveç öz meydanında Polşanı üstələyib və DÇ-2026-ya vəsiqə əldə edib.
31 mart
DÇ-2026, pley-off mərhələsinin final oyunları
22:45. Kosovo – Türkiyə - 0:1
Qol: Kerem Aktürkoğlu, 53
Priştina, Kosovo
Bizim.Media






























































































