Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Hazırda oxunan: Millimiz Bolqarıstanla heç-heçə OYNADI

604311

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, B qrupunda yer alan millimiz səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

Plovdiv şəhərində yerləşən “Xristo Botev” stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran millimiz 5-ci pillədə qərarlaşır.

Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

Bolqarıstan (U-21) – Azərbaycan (U-21) – 0:0

Qırmızı vərəqə: Georgi Çorbadjiyski, 82.

Bolqarıstan: 23. Aleks Bojev, 2. İvaylo Videv, 4. Todor Pavlov, 3. Martin Georgiyev (17. Boris Dimitrov, 88), 15. Dimitar Papazov, 22. Asen Mitkov (k) (14. Vasil Kazaldjiyev, 78), 21. Petko Panayotov, 16. Tsvetoslav Marinov, 19. Nikolay Zlatev (9. Borislav Rupanov, 46), 10. Georgi Çorbadjiyski, 7. Georgi Lazarov

Baş məşqçi: Todor Yançev

Azərbaycan: 12. Sadiq Məmmədzadə, 5. Emin Rüstəmov (k) (19. Əkbər Eyubov, 90+2), 3. Rüfət Abbasov, 2. Eşqin Əhmədov, 4. Elgün Dünyamalıyev, 18. Oruc Məmmədov (10. Edqar Adilxanov, 58), 15. Raul Məmmədov, 17. Hikmət Cəbrayılzadə, 23. Nihad Əhmədzadə (7. Murad Məmmədov, 75), 20. Şahin Şahniyarov (8. Emil Süleymanov, 90+2), 11. Nahid Əliyev (9. Şahin İbrahimov, 75)

Baş məşqçi: Rəşad Eyyubov

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin