"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Hazırda oxunan: "Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

604305

"Qalatasaray"a məxsus olan və hazırda icarə əsasında "Udineze"nin şərəfini qoruyan Nikolo Dzanyolo "Milan"ın transfer hədəfinə çevrilib.

Bizim.Media xəbər verir ki, "Tuttosport" nəşrinin məlumatına görə, "Udineze" mövsümün sonunda futbolçunun transfer hüquqlarına sahib olmağı hədəfləyir. 

Bu fonda Milan təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri isə italyalı hücumçunun transferinə xüsusi maraq göstərir və onu komandasında görmək istəyir. 

Qeyd edək ki, Nikolo Dzanyolo cari mövsümdə çıxdığı 32 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı daha əvvəl "Atalanta" və "Roma" kimi klublarda da çıxış etmiş 26 yaşlı oyunçunun bazar dəyərini 13 milyon avro olaraq qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin